Məsciddə 51 nəfəri öldürən terrorçu haqda məhkəmə hökm verdi

saytların hazırlanması

Evə çatdırılma

Məsciddə 51 nəfəri öldürən terrorçu haqda məhkəmə hökm verdi

Dünya

27 Avqust 2020 08:51 861


Yeni Zelandiyanın Kraystçerç şəhərində Məsciddə 15 mart 2019-cu ildə terror aktları törədən avstraliyalı Brenton Harrison Tarrant ömürlük həbs cəzasına məhkum olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Radio New Zealand" radiostansiyası xəbər verib.

"Cinayətləriniz o qədər mənəviyyatsızdır ki, ölənə qədər həbsdə saxlanılsanız belə cəza tələbləri tükənməz qalacaq. Siz mərhəmət etmədiniz, siz yalnız qatil deyil, həm də terrorçusunuz. Yeni Zelandiyanın yeni həyat tərzinə hücum etməyi hədəfə almısınız", - 51 nəfərin ölümü və 38 nəfərin yaralanması ilə nəticələnən terror aktını törətdiyinə görə həbs edilən caninin hökmünü oxuyarkən hakim Kameron Mander deyib. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!