Məsciddə insident - İmam bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Məsciddə insident - İmam bıçaqlandı

Hadisə

09 Yanvar 2024 00:52 616


İstanbulun Fatih məscidində bıçaqlı insident baş verib. Hadisə nəticəsində məscidin imamı və bir vətəndaş yaralanıb.

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı İstanbul Valiliyi açıqlama verib.

Açıqlamada bildirilib ki, yanvarın 8-i saat 19.15 radələrində naməlum şəxs İstanbuldakı Fatih məscidinin içərisində şüarlar səsləndirərək iğtişaş yaradıb. Məscidin imamı Qalip Usta ona xəbərdarlıq edərək məsciddən çıxmasını istəyib. Bunun ardından, imam və Bilal Erdem adlı vətəndaş həmin şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb. pizza sifarişi

Hadisəni törədən şəxs mühafizəçilər tərəfindən saxlanılaraq nəzarətə alınıb. Xəsarət alan imam və vətəndaş xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan hər iki nəfərin həyati təhlükəsi var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!