Məsciddə möhürü yerə atıb söyüş söydü: Həbs edildi   - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Məsciddə möhürü yerə atıb söyüş söydü: Həbs edildi - Azərbaycanda

Maraqlı

26 Dekabr 2022 18:02 1169


Göyçay şəhəri, Rəsul Rza küçəsində yerləşən mərkəzi məsciddə insident baş verib. 

Yenisabah.az xəbər verir ki, məscidə gələn 1974-cü il təvəllüdlü Zülfüqar Şıxbabayev (şərti ad-soyadlı) məsciddəki möhürləri yerə ataraq söyüş söyməyə, qışqıraraq səs-küy salmağa başlayıb.

Qafqazinfo-nun məlumatına görə, o, saxlanılaraq polis şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Marqarita pizza

Məhkəmədə Z.Şıxbabayev heç kimi təhqir etmədiyini deyərək barəsində bildirilənlərin əsassız olduğunu bildirib.

Məscidin nümayəndəsi isə Rəsul Rza küçəsində yaşayan həmin şəxsin məscidə gələrək oradakı möhürləri yerə atdığını və onları söyərək təhqir etdiyini bildirib.

Göyçay Rayon Məhkəməsinin qərarı ilə Z.Şıxbabayevə 25 sutka inzibati həbs cəzası verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!