Meşədə narkotik becərən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Meşədə narkotik becərən şəxs tutuldu

Kriminal

06 May 2021 11:03 845


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mücühəftəran kənd sakini Elvin Məcidov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni Qalınçaq kəndindəki meşəlik ərazidə əkib-becərdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilən zaman ümumilikdə 474 ədəd çətənə bitkisinin şitillləri aşkar olunaraq götürülüb. Dördpendirli pizza

Saxlanılan şəxs şitilləri 15 gün əvvəl becərdiyini və xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!