Məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən uzağıq - Amaşov Əvəz Zeynallıdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən uzağıq - Amaşov Əvəz Zeynallıdan danışdı

Maraqlı

12 Sentyabr 2022 15:45 800


"Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür. Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının əsdri Əflatun Amaşov deyib. MŞ sədri qeyd edib ki, tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, Mətbuat Şurası jurnalist həbsindən həmişə  narahatdır: "O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq. Arzu edərdik ki, Əvəz bəy azadlığına qovuşsun. 

Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaqdır. Allah Əvəz Zeynallının qapısını açsın".  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!