Meşələri talayanların işi Prokurorluğa göndəriləcək 

saytların hazırlanması

Evə çatdırılma

Meşələri talayanların işi Prokurorluğa göndəriləcək 

Maraqlı

31 Mart 2023 17:24 875


Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətlərinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə meşəbəyliyinin 1 saylı dolayında qanunsuz şumlama işlərinin aparıldığı və nəticədə ağac və kol bitkilərinin məhv edildiyi müəyyən edilib. 

Yenisabahn.az-ın məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aparılan araşdırma zamanı ağac və kolların Ağdam rayonu, İsmayılbəyli kənd sakini Həsən Həsənov tərəfindən məhv edildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib. 

Meşə təsərrüfatına dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.  pizza mizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!