Məşhur aktrisa “Qalatasaray”ın futbolçusuna ərə gedir 

saytların hazırlanması

Evə çatdırılma

Məşhur aktrisa “Qalatasaray”ın futbolçusuna ərə gedir 

İdman

19 Sentyabr 2024 12:12 549


“Qalatasaray”ın uruqvaylı ulduzu Lukas Torrera türkiyəli aktrisa Devrim Özkanla ailə həyatı qurmağa hazırlaşır. Cütlük artıq uzun müddətdir ki, sevgilidir. 

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi hazırda İstanbulda ev axtarışındadır. Torrera evliliklə bağlı məlumatı klub rəhbərliyi ilə bölüşüb. 

Xatırladaq ki, 2022-ci ildən “Qalatasaray” forması geyinən Lukas Torerra müdafiəyə meyilli oyunqurucu mövqeyində çıxış edir. Futbolçu 1 ilə yaxındır ki, 26 yaşlı aktrisa ilə münasibətdədir. Devrim Özkan İstanbul nəhənginin radikal azarkeşidir və bütün ev oyunlarında stadiondan komandasına azarkeşlik edir.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!