ABŞ-da üç aydan çoxdur ki, koronavirusla mübarizə aparan teatr aktyoru Nik Kordero vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə 41 yaşlı aktyorun həyat yoldaşı Amanda Kluts paylaşım edib. Məlumata görə, 95 gün virusla mübarizə aparan Korderonun bir müddət əvvəl xəstəlik səbəbilə qan laxtalanmasına görə ayağının biri kəsilib:
“Tanrının artıq daha bir mələyi var. Sevgili həyat yoldaşım bu gün vəfat etdi. Ailəsinin sevgi və duası ilə bu həyatı tərk etdi. Qəlbim parçalanır. Onsuz bir həyat düşünə bilmirəm. Elvis və mən onunla etdiyimiz hər şey üçün darıxacağıq”. pizza mizza
Telegram kanalımız