Tanınmış aparıcı Mikayıl Güləddinoğlu toylardan birində başına gələn hadisədən danışıb.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Bazar Düzü” verilişinin qonağı olan aparıcı onun masabəyi olduğu toyda dava düşdüyünü, silahların çıxdığını deyib:
“Çox imkanlı şəxslərin toyunda idim. Toy yiyəsi gəlib dedi ki, Nadir Qafarzadə dayansın, başqası ifa etsin, öz qudası da dedi ki, yox, Nadir oxusun. Orada sözləri çəp gəldi. Axırda da silah çıxdı, məni axtarırdılar. Bu zaman müğənni Nazənin xanım məni qapının arxasından çıxartdı. Qaldığım oteli belə dəyişdirdi ki, birdən gəlib taparlar”. Dominos pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız