Məşhur aparıcıya vəd olunan maaşı vermədilər –   Yeni işindən ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur aparıcıya vəd olunan maaşı vermədilər – Yeni işindən ayrıldı

Sosial

03 Dekabr 2025 10:03 5441


“Artıq bir müddətdir “Bakı Metropoliteni” ilə bağlı mənə suallar ünvanlanır. Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım metropolitenin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu”.

“Yeni Sabah” xəbər verir ki, bunu bir neçə ay əvvəl “Bakı Metropoliteni”nin mətbuat katibi təyin olunan məşhur teleaparıcı Nərmin Salmanova bildirib.

“Bakı Metropoliten” ilə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil. pizza hut

Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm”, - teleaparıcı vurğulayıb.

Qeyd edək ki, N.Salmanova əvvəllər CBC Sport və İTV kanallarında aparıcı olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!