Abşeron rayonunun Məhəmmədi bələdiyyəsinin keçmiş sədri Vaqif Nəbiyev vəfat edib.
“Yeni Sabah” xəbər V. Nəbiyev uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib. O, şəkər xəstəliyindən əziyyət çəkirdi.
Bildirək ki, V. Nəbiyev qulluq mövqeyindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpaq sahəsini zərərçəkmiş şəxsə satacağını deyərək, ondan 23 min manat pul almaqda ittiham olunurdu və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Marqarita pizza
Sonradan Sumqayıt Apelliyasiya Məhkəməsinin hökmünə əsasən həbs şərti cəza ilə əvəz olunmuşdu.
Telegram kanalımız