Məşhur biznesmen saxlanılmağından danışdı: “ 652 min manat borcum vardı“

saytların hazırlanması

Evə çatdırılma

Məşhur biznesmen saxlanılmağından danışdı: “ 652 min manat borcum vardı“

Kriminal

27 Yanvar 2022 14:04 970


Məşhur iş adamı, fəaliyyətini dayandıran "Bakı” futbol klubunun prezidenti olmuş "Hafka" ləəqbli Hafiz Məmmədov saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, Hafiz Məmmədov Qaynarinfo-ya açıqlamasında  saxlanılması ilə bağlı məlumat həqiqətə uyğun olmadığını deyib: "Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

Hafiz Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını da bildirib: "Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!