Məşhur boksçunun oğlu dənizdə boğuldu

saytların hazırlanması

Evə çatdırılma

Məşhur boksçunun oğlu dənizdə boğuldu

İdman

10 İyul 2021 13:41 1414


Məşhur boksçu Kris Yubenkin oğlanlarından biri, ingiltərəli boksçu Sebastyan Yubenk 30 yaşının tamam olmasına bir neçə gün qalmış Dubayda istirahət zamanı ölüb.

Yenisabah.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Sebastyanın meyiti çimərlikdə tapılıb. Onun dənizdə boğulduğu bildirilir. 

Sebastyan professional rinqdə iki döyüş keçirib və hər ikisində qalib gəlib. Onun həyat yoldaşı Salma və cəmi bir ay əvvəl dünyaya gələn oğlu Rahim qalıb.   Marqarita pizza

Kris Yubenkin 4 uşağı – oğul Kris Yubenk, Sebastyan, Emil və Yusif. 

Ata Kris Yubenk orta, ikinci orta, yüngül və birinci ağır çəkilərdə yarışıb. O, orta çəkidə və ikinci orta şəkidə WBO versiyası üzrə çempion olub. Bütün karyerası ərzində 45 qələbə qazanıb, 5 dəfə məğlub olub. (lent.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!