Məşhur daşnak Paşinyanı HƏDƏLƏDİ: “Cavab verəcək”

saytların hazırlanması

Evə çatdırılma

Məşhur daşnak Paşinyanı HƏDƏLƏDİ: “Cavab verəcək”

Maraqlı

24 İyul 2022 10:59 1649


Daşnaksütyun Partiyasının Fransadakı nümayəndəsi Murad Papazyan bəyan edib ki, Ermənistan rəhbərliyi onun respublikaya girişinə qoyulan qadağaya görə fransalı həmkarı qarşısında cavab verməli olacaq.

Yenisabah.az xəbər verir ki, o, bu barədə “Hraparak” qəzetinə müsahibəsində bildirib.

“Fransa prezidentinə Ermənistan hakimiyyətinin ölkəyə girişimə qadağa qoyulması qərarı barədə məlumat verilib. Ermənistan hakimiyyəti buna görə cavab verməli olacaq”, deyə daşnak qeyd edib. Pepperoni pizza

Xatırladaq ki, Papazyanın Ermənistana girişi iyulun 13-də qadağan edilib. Həmin gün axşam İrəvana gəlib, lakin onu hava limanında saxlayıblar, pasportunu götürüblər, sonra isə Fransaya gedən təyyarəyə mindiriblər.

Cümə günü Ermənistan hökuməti izah edib ki, Papazyan ötən ilin iyununda Fransada rəsmi səfərdə olan Ermənistan baş nazirinin kortejinə hücumun təşkilatçılarından biri olub. Etirazçılar kortejə müxtəlif əşyalar atıblar və vəziyyət yalnız Fransa polisi və təhlükəsizlik qüvvələrinin səyi ilə aradan qaldırılıb. Məhz bu səbəbdən məşhur daşnakın ölkəyə girişi qadağan edilib./Bizim.media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!