Məşhur dələduz yenidən saxlanıldı   - Məhkəmə işi 

saytların hazırlanması

Evə çatdırılma

Məşhur dələduz yenidən saxlanıldı - Məhkəmə işi 

Kriminal

08 Aprel 2020 10:22 884


3 nəfərə qarşı külli miqdarda dələduzluq edən şəxsin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Rəcəbov Əfsun Abdulla oğlunun məhkəmə prosesinə hakim Əli Məmmədov sədrlik edəcək. Cinayət işində 3 nəfər- Qasımov Muxtar Sabir oğlu, Sadıqov Yaşar Kamil oğlu və Rəşidov Calal Özbək oğlu zərərəçəkmiş qismində tanınıb. 

Qeyd edək ki, Əfsun Rəcəbov hər üç şəxsdən pulu torpaq alqı-satqısı ilə bağlı alıb. Araşdırmalarımız zamanı məlum olub ki, 34 yaşlı Əfsun Rəcəbov 2016-cı iləd analoji maddə ilə tutulub, ancaq zərərçəkmişlərin ziyanını tam ödədiyi üçün məhkəmə zalından 7 il müddətinə şərti azadlığa buraxılıb.  Pepperoni pizza

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!