Məşhur deputat axtarışa verildi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur deputat axtarışa verildi

Dünya

14 Sentyabr 2025 09:47 862


Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya Dövlət Dumasının məşhur deputatı və keçmiş boksçu Nikolay Valuyevi axtarışa verib.

Publika.az xəbər verir ki, bu barədə TASS Ukrayna Daxili İşlər Nazirliyinin informasiya bazasına istinadən məlumat yayıb.

Valuyev hələ 2022-ci ildə Xmelnitski vilayətinin SBU-su tərəfindən axtarışa verilmişdi. Ona Ukraynanın ərazi bütövlüyünə qəsd maddəsi ilə qiyabi ittiham irəli sürülüb. Daha sonra isə o, Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib. pizza

Xatırladaq ki, SBU Dövlət Dumasının digər deputatı Vyaçeslav Fetisovu da axtarışa vermişdi. Xokkey üzrə ikiqat olimpiya çempionu olan Fetisov artıq dördüncü ildir ki, Ukraynanın “Mirotverts” saytının məlumat bazasına salınıb. O, 2022-ci ildən Ukraynada axtarışa verilib. Ftisov da ölkənin ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!