Məşhur ərəb klubundan 60 milyon avroluq transfer

saytların hazırlanması

Evə çatdırılma

Məşhur ərəb klubundan 60 milyon avroluq transfer

İdman

22 İyul 2024 09:58 711


Fransa millisinin və “Aston Villa”nın yarımmüdafiəçisi Mussa Diabi karyerasını Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda davam etdirəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb. 

“Əl-İttihad” transfer üçün artıq “Aston Villa” ilə anlaşıb. Səudiyyə Ərəbistanı təmsilçisi Diabiyə görə "Aston Villa"ya 60 milyon avro + bonuslar ödəyəcək. Futbolçunun özü isə "Əl-İttihad"la 5 illik müqavilə imzalamağa razılıq verib.  Pepperoni pizza

Mussa Diabi əvvəllər "Bayer", "Krotone" və PSJ-də çıxış edib. Keçən mövsüm Premyer Liqada 38 matçın hamısında iştirak edib, 6 qol vurub və 8 qolun ötürməsini verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!