Məşhur fenomen: “Ərim məni eskortla aldadır” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Məşhur fenomen: “Ərim məni eskortla aldadır” - VİDEO

Şou

10 Yanvar 2024 17:00 465


Fenomen istintaqı çərçivəsində var-dövləti müsadirə edilən Neslim Güngen 11 illik əri İnanç Güngen tərəfindən xəyanətə məruz qalıb.

Yenisabah.az BAKU.WS-ə istinadla xəbər verir ki, Neslim göz yaşları içində həyat yoldaşının onu eskortla aldatdığını açıqlayıb.

O, sosial media hesabında paylaşdığı videoda Neslim Günden deyib: Pepperoni pizza

"Hər kəsə salam, belə bir video çəkmək məcburiyyətində qaldığım üçün üzr istəyirəm. Bu günə qədər heç vaxt ağlamamışam. Heç vaxt emosiyalarımı göstərməmişəm. Ağlayacaq olsam da, pərdə arxasında ağlamağa üstünlük vermişəm. Bəli, çox çətin günlər keçirirəm. Təhqiqat məqsədilə ay yarıma yaxındır ki, hesablarımız nəzarətdə saxlanılır. Özümüzə çox güvənirdim, heç bir səhv etmirdik. Dedim, bizi araşdırın.

Bunlar vacib deyil, məqsədim bunları izah etmək deyil. Şirkətlərimizə heç bir qəyyum təyin olunmayıb. Bir çox ixtisaslı işçilər işlərini tərk edirlər. Mən hələ də ayaqda qalmağa çalışıram, amma bu həyatda ən böyük sərvətim ailəmdi. O, övladlarımın atası idi. Güvəndiyim və ikinci dəfə evləndiyim adam idi. Amma bu prosesdə ən böyük səhvi o etdi. Bunu bilmənizi istəyirəm. Bu müddət ərzində 6-7 dəfə evə gəlməyib. Sonra öyrəndim ki, məni eskort ilə aldadır. Hər dəfə eyni şəxslə. Mən necə güclü qala bilərəm, siz qadınlar məni başa düşəcəksiniz. Övladlarımın atasının məni aldatmasını qəbul edə bilmirəm".

Qeyd edək ki, Engin və Dilan Polat qara həbs edildikdən sonra bütün gözlər lüks həyatlarını nümayiş etdirən fenomenlərə yönəlmişdi.İstintaq çərçivəsində araşdırılan fenomenlərdən biri olan Neslim Güngenin hesabları müsadirə edilmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!