Məşhur futbolçu ƏSƏBLƏŞDİ: “O videoları çəkənləri, yayanları tutub...“

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçu ƏSƏBLƏŞDİ: “O videoları çəkənləri, yayanları tutub...“

İdman

31 İyul 2021 16:22 2499


Hazırda dövrümüzün ən böyük problemlərindən biri narkomaniyadır. Hər gün onlarla insan narkotika səbəbindən polis tərəfindən saxlanılır. Bəziləri isə həyatını itirir.

İnsanlar nəyə görə sağlam həyatı deyil bütün ömürlərini məhv edəcək pis vərdişləri seçirlər? Sağlam həyat dedikdə ağlımıza idman gəlir. Bəlkədə idmançılarımız həmin şəxsləri pis vərdişlərdən uzaq tuta bilərlər.

Millimizin sabiq oyunçusu Kamal Quliyev mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında narkomaniya ilə bağlı son vaxtlar müşahidə etdiyimiz hadisələrin çox ağrıdıcı olduğunu qeyd edib: Pepperoni pizza

"İdman biraz çətin sahə olduğu üçün insanlar uzaq dururlar. İdman üçün əziyyət çəkmək lazımdır ki, nə isə əldə edə biləsən. İnsanlar son vaxtlar asan gördükləri işin üzərinə qaçırlar, çətinliklər onları qorxudur. Bu səbəbdən sağlam həyatı deyil narkotiki seçirlər.

Düşünürəm ki, bu məsələdə cəmiyyətimizin üzərinə də böyük yük düşür. Məsələn, yolda sərxoş insan və ya narkoman gördükdə hər kəs düşünür ki, uzaq durum fikir verməyim və s. Lakin cəmiyyət özü  bu insanları tərbiyələndirməlidir. İnsanlar bir-birinə sığınıb bu problemi aradan qaldırmalıdır".

Kamil Quliyev yeni nəsilin narkotikə nəyə görə meyilləndiyinin səbəbini açıqlayıb:

"Gənclərin narkotikə üz tutmasında sosial şəbəkələrin, internetin, internetdə yerləşdirilən roliklərin, narkotikə aid mahnıların təsiri var. Bu cür təbliğatı görüb həmin sahələrə üz tuturlar. Narkotikə aid olan hər bir videonu, mahnını internetdən silmək lazımdır. Hətta o videoları, mahnıları yayan insanları, həmin mahnılarla video çəkənləri tutub məhkəməyə vermək lazımdır ki, digərlərinə dərs olsun. Lakin bunların fonunda gənclər aludəçilikdən uzaq olmaq üçün çalışmalıdırlar. Pis vərdişlərə yönələn insanlardan soruşursan ki, nəyə görə bu yolu seçdin? Hər birinin sadəcə bir cavabı var, mühitə düşdüm, ətrafım pis oldu. Bunlar boş şeylərdir. İnsanın ağılı, şüuru, düşüncəsi mühitə düşməyə imkan verməməlidir. Çox təəssüflər olsun ki, gənclərin qanıqaynayan bir vaxt olur və həmin məqamda onları tapıb bu yollara çəkirlər, həyatları məhv olur".

Sabiq oyunçumuza maraqlı bir sual ünvanladıq:

Kamal bəy, bütün idmançılarımız birlikdə bu cür pis vərdişlərə aludə olan insanlara yardım edib bir təbliğat apara bilərlərmi ki, onlar pis vərdişlərə deyil idmana, sağlam həyata yönəlsinlər?

"Əlbəttə, niyə də olmasın. Həmin şəxslərlə saatlarla söhbət etmək, mütəmadi olaraq hər bir idman sahəsində onlarla məşğul olmaq olar. Onlar idmana alışdıqca pis vərdişlərdən uzaq duracaqlar, görəcəklər ki, sağlam həyat necə gözəldir. Belə bir təbliğatın həyata keçirilməsi bütün cəmiyyətimiz üçün faydalı olar".

Mehri Qurban 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!