“Volfsburq”un (Almaniya) sabiq futbolçusu Sergey Kərimov vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sabiq müdafiəçi 33 yaşında vəfat edib. Onun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.
“Volfsburq”un yetirməsi olan qazaxıstanlı futbolçu 2007-2011-ci ildə bu komandanın şərəfini qoruyub. Marqarita pizza
O, 2008/2009-cu illər mövsümündə “Volfsburq”la Almaniya Bundesliqasının çempionu olub. Son olaraq Almaniyada “Lyopo-Martini” klubunda forma geyinən Kərimov, 2014-cü ildə karyerasını bitirmişdi.

Telegram kanalımız