"Liverpul"un keçmiş futbolçusu Daniel Staricin Los-Ancelesdəki evi qarət olunub.
“Yeni Sabah” xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib. Futbolçu mənzilindən bir neçə çantanın və itinin oğurlandığını yazıb. Forvard itinin tapan şəxsə istənilən qədər pul verəcəyini bildirib:
"Evimi kimin qarət etdiyini bilmək maraqlıdır. Los-Ancelesdə evə necə girib it oğurlamaq olar? Zəhmət olmasa, mənim itimi tapın. İtimi qaytarana istənilən qədər pul verəcəyəm".
Telegram kanalımız