Məşhur futbolçu karantin qaydalarını belə pozdu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçu karantin qaydalarını belə pozdu - Fotolar

İdman

27 Aprel 2020 11:52 860


Tanınmış futbolçu Mois Kin karantin qaydalarını pozub. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, “Everton”un ulduzu qaydaları pozaraq hər həftə evində parti keçirib və bu barədə sosial şəbəkədə paylaşım edib. O, paylaşıma “Karantin təmizliyi” rəyini yazaraq izləyiciləri ilə bölüşüb. 

20 yaşlı futbolçunun görüntüləri birmənalı qarşılanmayıb və qısa müddət ərzində sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.  Pepperoni pizza

Məsələ ilə bağlı "Everton" futbol klubu  açıqlama yayıb. Klub italiyalı oyunçunun hərəkətinin yolverilməz olduğunu bildirib və tezliklə cəzasını alacağını deyib:

“Klub olaraq əsas oyunçularımızdan birinin hökumətin qaydalarına qarşı çıxaraq gündəmə gəlməyi bizi dəhşətə saldı. Onun qəbuledilməz davranışı bizi çox məyus etdi. Çünki “Everton” klubu karantinin əvvəlində hər bir oyunçu ilə əlaqə saxlayaraq qaydalara əməl etməyi tapşırıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!