Məşhur futbolçu “Qarabağ”ı tərk edir

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçu “Qarabağ”ı tərk edir

İdman

29 Dekabr 2023 14:43 1264


"Qarabağ"ın hücumçusu Redon Cica tezliklə Albaniyaya qayıda bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Albaniyanın a2news.com saytı məlumat yayıb. Sabiq klubu "Tirana"nın Cicanın xidmətində maraqlı olduğu bildirilib. Qeyd edilir ki, "Qarabağ"ın əsas heyətində yerini itirən 25 yaşlı futbolçunun klubu tərk etmək ehtimalı az deyil. 

Məlumata görə, hazırda alban klubu qış transferinda alacağı futbolçularla bağlı təhlil aparır. Amma hələlik Redon Cicanın "Tirana"nın ilkin planına daxil olduğu, bununla bağlı rəsmi təklif irəli sürülmədiyi də bildirilib.  Toyuqlu pizza

Qeyd edək ki, Cica 2021-ci ilin iyulundan 2023-cü ilin yanvarına qədər "Tirana"da çıxış edib. Bu ilin əvvəlində isə o, "Qarabağ"a transfer olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!