Məşhur futbolçu “Sabah”dan ayrılıb, “Qarabağ“a keçdi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçu “Sabah”dan ayrılıb, “Qarabağ“a keçdi

İdman

01 İyul 2021 14:00 1179


“Qarabağ” heyətini azərbaycanlı futbolçu ilə gücləndirib. 

Yenisabah.az xəbər verir ki, Ağdam klubu “Sabah”ın hücumçusu Ramil Şeydayevi transfer edib.

Onunla yaxın saatlarda müqavilə imzalanacaq. Azərbaycan millisinin hücumçusu yeni klubuna azad agent statusunda keçəcək. Çünki onun “Sabah”la müqaviləsinin müddəti ötən gündən etibarən bitib. pizza sifarişi

Xatırladaq ki, Şeydayev 2017/18 mövsümündə də “Qarabağ”da çıxış edib. Lakin həmin vaxt o, Türkiyənin “Trabzonspor” klubundan icarəyə götürülmüşdü. Ramil o zaman Ağdam təmsilçisində 15 oyun keçirmiş və cəmi 1 qolla yadda qalmışdı.

Millimizin hücumçusu “Trabzonspor”, “Sabah” və “Qarabağ”la yanaşı, “Zenit, “Rubin”, “Jilina”, “Krılya Sovetov”, “Dinamo” (Moskva) komandalarında da forma geyinib./futbolinfo.az/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!