Məşhur futbolçu Türkiyədə 2-ci liqa klubuna transfer olundu

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçu Türkiyədə 2-ci liqa klubuna transfer olundu

İdman

15 Avqust 2023 17:12 704


Türkiyə və Fransada ümumilikdə 9 klubda oynayan 40 yaşlı məşhur futbolçu Umut Bulutun yeni komandası müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, o, karyerasını Türkiyə 2-ci Liqasında mübarizə aparan "Sarıyer"də davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb. 

Qeyd edək ki, Umutun son klubu ötən mövsüm Türkiyə 1-ci Liqasında mübarizə aparan "Eyüpspor" olub. O, 2022/23 mövsümündə 21 matçda 1 qol vurub. Bulut 23 illik peşəkar karyerasında Türkiyə və Fransa klublarında keçirdiyi 724 rəsmi oyunda 222 qol və 62 qol ötürməsi ilə yadda qalıb. O, "Petrolofis", "İncegölspor", "Ankaragücü", "Trabzonspor", "Tuluza", "Qalatasaray", "Kayserispor" və "Yeni Malatyaspor"un formasını geyinib.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!