İtaliyanın “Milan” klubunun fransalı futbolçusu Teo Hernandesi təcavüzdə ittiham edən rusiyalı model Luiza Kremleva həbs olunub.
“Yeni Sabah” xəbər verir ki, bununla bağlı məlumatı “Marca” nəşri yayıb. Modelin həbsinə səbəb təcavüzlə bağlı polisə yalan məlumat verməsi olub.
Kremleva ittihamında 2017-ci ilin iyununda Marbelidəki gecə klublarının birində müdafiəçinin ona hücum etdiyini və modelə narkotik maddə verdiyini söyləmişdi. Araşdırmalar nəticəsində xanım modelin qanında narkotik aşkarlanmayıb, lakin futbolçu ilə model arasında intim münasibətlər yaşanıb. Bu münasibətlər isə hər iki tərəfin razılığı ilə olub. Modelin yalan məlumat verməsinə görə, onu həbs cəzası gözləyir. L.Kremleva qərardan narazı olub və apellyasiya şikayəti verib. Pepperoni pizza

Telegram kanalımız