İngiltərənin “Arsenal” klubunun türk əsilli futbolçusu Məsut Özilə ölüm təhdidi edilib.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə yarımmüdafiəçinin mühafizəçisi Kamil Səzər məlumat yayıb. O, Süleyman Əkinci və Fərhat Ərcun adlı iki şəxs tərəfindən 31 yaşlı futbolçunun söyüldüyünü də bildirib. Günahkarlar Özilin anasını söyüb və qısa zaman ərzində onlara olduqları məkanı tərk etmələrini söyləyib:
“Əgər buranı tərk etməsəniz, öncə Məsutu, daha sonra da səni öldürəcəyik”. Pepperoni pizza
Qeyd edək ki, hadisə avqust ayında yaşanıb. Bundan sonra Məsut bir neçə dəfə maşında və gecə klubunda kimliyi bilinməyən şəxslər tərəfindən basqına məruz qalıb.
Telegram kanalımız