Məşhur futbolçunun Azərbaycandan çıxışına qadağa qoyulur

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçunun Azərbaycandan çıxışına qadağa qoyulur

İdman

07 Aprel 2023 20:40 1148


"Zirə” futbol klubunun oyunçusu Donald Gerye məhkəməyə verilib.

Yenisabah.az Qaynarinfo-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi futbolçu ilə bağlı məhkəməyə müraciət edib.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Ərizədən məlum olur ki, Donald Geryenin vergi borcu var və onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunur. Pepperoni pizza

İşə xüsusi icraat qaydasında baxılacaq.

Qeyd edək ki, Donald Gerye uzun illərdir Azərbaycanda çıxış edir. O, 2017-ci ildə Türkiyənin "Alanyaspor" klubundan "Qarabağ"a transfer olunub. 2019-cu ildə "Neftçi"yə keçən haitili futbolçu bir il sonra yenidən "Qarabağ"a qayıdıb. 2021-ci ildə ölkəmizi tərk edən 34 yaşlı müdafiəçi bu ilin yanvarında Cənubi Kiprin "Olimpiakos" (Nikosiya) klubunu tərk edərək, "Zirə" ilə müqavilə bağlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!