Məşhur futbolçunun evini qarət edənlər hakim qarşısında

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçunun evini qarət edənlər hakim qarşısında

Kriminal

23 Aprel 2020 09:34 714


Məşhur futbolçu Mahir Emreli ilə yanaşı 12 nəfərin evindən oğurluq edən gənclərin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət məcəlləsinin 177.3.2-ci ( oğurluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Vəliyev Nicat Bağban oğlu və Cəfərov Anar Məcnun oğlunun cinayət işi hakim Azər Paşayevin icraatına verilib. 

İttiham aktına görə, 2019-cu ilin sentyabr ayında keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə məhkum edilmiş Nicat Vəliyev və Anar Cəfərov saxlanılıblar. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.  Sezar pizza

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Qeyd edək ki, Mahir Emreli futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun hücumçusudur.

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!