ABŞ-ın Ali Məhkəmə hakimi Rut Bader Qinsburq 87 yaşında vəfat edib.
Yenisabah.az xəbər verir ki, qadın hüquqları və sosial ədalət uğrunda mübarizəsi ilə ədalət simvola çevrilən Qinsburqun ölümünə səbəb xərçəng xəstəliyi olub.
Bildirək ki, "Bərabərlik Sərkərdəsi" kimi tanınan Qinsburqun həyatı dəfələrlə Hollivud filmlərinə mövzu olub. O, 1993-cü ildə Bill Klinton tərəfindən Ali Məhkəmənin hakimi təyin edildikdən sonra təxminən 27 il məhkəmənin liberal səslərindən biri olub. Dördpendirli pizza
Gənc yaşlarında Harvard və Kolumbiya hüquq fakültəsini yüksək dərəcə ilə bitirsə də, heç bir hüquq bürosunda işə götürülməyib. Bunun əvəzinə, bir müddət "Rutgers" Universitetinin hüquq fakültəsində cinsi ayrı-seçkilik barədə dərslər keçib.
Qeyd edək ki, Qinsburq üçün xüsusi dəfn mərasimi təşkil ediləcək.
Telegram kanalımız