Məşhur həkim koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

Məşhur həkim koronavirusdan öldü

Dünya

02 Aprel 2020 11:25 736


Cənubi Afrika Respublikasının (CAR) tanınmış həkimi və tibb tədqiqatçısı Gita Ramcii dünyasını dəyişib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Gita Ramciinin ölüm səbəbi onun koronavirus infeksiyasına yoluxmasıdır. 64 yaşlı həkim HİV və QİÇS üzrə tanınmış mütəxəssislərdən biri hesab edilir.

Gita Ramciinin ölümü barədə danışan CAR-ın vitseprezidenti David Mabuza deyib: “HİV və QİÇS epidemiyası ilə mübarizədə aparıcı mütəxəssisi itirdik. Taleyin ironiyasına baxın ki, Ramcii başqa bir yoluxucu virusdan öldü ".

Hazırda CAR-da koronavirusa yoluxanların sayı 1380 nəfərdir. 5 nəfər dünyasının dəyişib, 1 nəfər isə sağalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!