“Disney” kinostudiyası məhkəməyə verilib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivudun populyar aktrisalarından olan Skarlet Yohansson birgə çalışdığı kinostudiyadan şikayətçi olub.
Buna səbəb isə aktrisanın iştirak etdiyi “Qara Dul” filminin premyerasının kinotertrlarla yanaşı, “Disney+” onlayn platformasında da təşkil olunması olub. Sezar pizza
İddia ərizəsində filmin premyerasının paralel olaraq onlayn yayımla baş tutacağı barədə müddəanın müqavilədə öz əksini tapmadığı bildirilib.
Onlayn yayım aktrisanın kassa gəlirlərindən əldə edə biləcəyi vəsaiti 50 milyon dollar azaldıb.
Telegram kanalımız