Məşhur hotel AQTA-nın cəriməsini ləğv etdirdi: 4 il sonra gələn məktub

saytların hazırlanması

Evə çatdırılma

Məşhur hotel AQTA-nın cəriməsini ləğv etdirdi: 4 il sonra gələn məktub

Sosial

17 Avqust 2025 21:43 452


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin məşhur "East Legened" hoteli barəsində tərtib edilmiş protokolu ləğv edilib. İşin ilginc tərəfi budur ki, agentlik protokol üzrə yazılmış cərimənin 4 il sonra ödənilməsini istəyib.

Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, agentlik hoteli 2021-ci ildə pandemiya ərəfəsində epidemiya əleyhinə rejimin qaydalarını pozduğu üçün inzibati qaydada protokol tərtib edərək 300 manat cərimələyib.

Hadisədən 4 il keçdikdən sonra agentlik hotel tərəfindən protokol üzrə cərimənin ödənilməsini istəyib. Lakin hotel məhkəməyə müraciət edərək protokolun ləğv edilməsinə nail ola bilib. pizza mizza

Belə ki, agentliyin 4 il sonra hotelə məktubla müraciət edərək, həmin qərarın icrasını tələb etməsini məhkəmə əsassız hesab edib. Belə ki, inzibati xətanın aşkara çıxarılmasında 4 aydan artıq müddət keçdiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş hesab edilib.

Qərarda göstərilib ki, bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə hotel məsuliyyətə cəlb edilə bilməz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!