Ukraynalı boksçu Dmitri Lisovoy ağır yol qəzasında dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, hadisə martın 17-də baş verib. “Audi” markalı avtomobil kəsişməni sürətlə keçən "Daewoo" markalı maşınla toqquşub. Nəticədə "Daewoo"nun içində olan 22 yaşlı sürücü və 24 yaşlı sərnişin, eyni zamanda boksçu ölüb.
Qeyd edək ki, Dmitri Lisovoy Ukrayna çempionatlarında dəfələrlə medallara yiyələnib. Toyuqlu pizza
Telegram kanalımız