Məşhur ilahiyyatçı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur ilahiyyatçı saxlanıldı

Kriminal

25 Oktyabr 2021 17:41 3886


"Hacı Cavad" məscidinin keçmiş axundu, şiə ilahiyyatçı Əhliman Rüstəmov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Oğlu Qasım Rüstəmovun Turan agentliyinə verdiyi məlumata görə, atasını evdən aparıblar. Bu zaman mənzildə axtarış aparılıb və dini ədəbiyyat müsadirə edilib. İlahiyyatçının ailəsinə onun saxlanılmasının səbəbini açıqlamayıblar.

Qeyd edək ki, son günlər bir neçə şiə ilahiyyatçı saxlanılıb. Amma onlardan yalnız birinə - Sərdar Babayevə rəsmi ittiham irəli sürülüb. O, Azərbaycan CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Dominos pizza

Yerli müşahidəçilər dindarların saxlanılmasını son vaxtlar Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqələndirirlər. Bütün saxlanılan şəxslər İranyönlü hesab olunurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!