Məşhur klinika 8 minə görə ölən qızın meyitini ailəsinə vermir - İddia + Video

saytların hazırlanması

Evə çatdırılma

Məşhur klinika 8 minə görə ölən qızın meyitini ailəsinə vermir - İddia + Video

Sağlamlıq

26 İyun 2020 15:24 2003


Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib.

Yenisabah.az-ın Oxu.Az-a istinadən məlumatına görə, dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea International Hospital”da ölüb.

Onun anası Elnurə Əsgərova videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona vermir: pizza mizza

“Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”.

“Bona Dea International Hospital”dan saytımıza bildirilib ki, məsələ barədə ictimaiyyətə məlumat veriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!