Məşhur klinikanın direktorunun ölkədən çıxışına qadağa QOYULDU

saytların hazırlanması

Evə çatdırılma

Məşhur klinikanın direktorunun ölkədən çıxışına qadağa QOYULDU

Hadisə

04 Sentyabr 2024 23:57 5114


"Nigar Klinikası" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Sərdar Ağamir oğlu Seyidov olan, Çobanzadə küçəsi 24/05 ünvanında yerləşən "Nigar" klinikasının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 51236.77 manat vergi borcu var.

Artıq birinci instansiya məhkəməsi də vergi borcunun ödənilməsi barədə qərar verib. Sərdar Seyidov Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. pizza mizza

İşə hakim Səadət Səlimovanın sədrliyi ilə baxılacaq. Qeyd edək ki, klinikanın təsisçisi ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!