Futbol üzrə Azərbaycan çempionatında öz transferləri ilə zaman-zaman yerli azarkeşlərin diqqətini cəlb edən xarici futbolçular çıxış edib.
“Yeni Sabah” müəyyən dönəmlərdə Azərbaycanda forma geyinmiş, böyük marağa səbəb olmuş legionerlərlə bağlı kiçik araşdırma edib.
Maykl Esyen Dördpendirli pizza
Vaxtilə “Çelsi”(İngiltərə), “Milan”(İtaliya), “Real”(İspaniya) kimi klublarda çıxış etmiş dünyaca məşhur futbolçu ötən ilin martında Bakının “Səbail” klubuna transfer edilib. Onunla 1.5 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, o, həmçinin U-19 komandasının məşqçilər heyətində də yer alıb. Bu transfer həm Azərbaycanda, həm xaricdə böyük maraqla qarşılanıb. Xarici xəbər portallarında futbolçunun yaxın illərdə yaranan kluba keçidindən çox danışılıb.
Asmir Beqoviç
“Çelsi”, “Stok Siti” (İngiltərə) kimi məşhur klublarda oynayan qapıçı mövsümün əvvəlində “Bornmut”dan (İngiltərə) icarə əsasında “Qarabağ”a keçmişdi. 4 aylıq icarə müddəti olan 32 yaşlı qolkiper yanvarda Ağdam klubundan ayrılıb.
Emil Mpenza
2010-2012-ci illər aralığında “Neftçi” formasını geyinən və 31 qarşılaşmada 6 qol vuran belçikalı hücumçu vaxtilə Almaniyanın “Şalke 04” və “Hamburq”, həmçinin İngiltərənin “Mançester Siti” klubunun uğurları üçün çalışıb.
Marat İzmayılov
“Sportinq”, “Portu” (Portuqaliya), “Dinamo” ( Rusiya) kimi klublardan top qovmuş yarımmüdafiəçi 2014-cü ildə “Qəbələ”də oynayıb. 14 oyunda meydana çıxan futbolçu burada yalnız 1 qol vura bilib.
Georgi Demetradze
Gürcüstanlı hücumçu 2008/2009-cu illər mövsümündə “Bakı”nın şərəfini qoruyub. O, “Feynord” (Hollandiya), “Dinamo” (Ukrayna), “Real” (Sosyedad) (İspaniya) kimi klublarda oynayıb. Sabiq futbolçu Bakı klubunda keçirdiyi 10 oyunda 2 qola imza atıb.
Aleksandr İaşvili
2013-2014-cü illərdə “İnter” (Bakı) çıxış etmiş futbolçu da Azərbaycana gələn məşhur legionerlər sırasındadır. O, Almaniyanın “Frayburq”, “Karlsrue” və “Bohum”, Gürcüstanın “Dinamo”, “Samtredia” kimi klublarında forma geyinib. Gürcüstanlı hücumçu Bakı klubunda 33 oyuna çıxıb və 5 qol vurub.
Naibə Məmmədova
Telegram kanalımız