OBA marketlər şəbəkəsinə məxsus mağazadan oğurluq edən 3 nəfərə cinayət işi başlanıb.
“Yeni Sabah”ın məlumatına görə, marketlər şəbəkəsinin Sabunçu rayonunda yerləşən mağazalarından birindən oğurluqla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat daxil olub. Dərhal əməliyyat-istintaq qrupu yaradılıb və hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər- Hacıyev Polad Yaqub oğlu, Bayramov Azər Yaqub oğlu və İsayev Nəsimi Rasim oğlu saxlanılaraq istintaq şöbəsinə təhvil verilib.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1-ci ( oğurluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq vaxtı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. İbtidai istintaq yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib və hakim Mirheydər Zeynalovun icraatına verilib. Sezar pizza
Cinayət işində zərərçəkmiş qismində "OBA RETAİL CHAİN” MMC tanınıb.
Azər İsrafilov
Telegram kanalımız