Məşhur milyonçu dəhşətli şəkildə həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Məşhur milyonçu dəhşətli şəkildə həlak oldu

Dünya

26 İyul 2025 10:13 5197


Cənubi Afrikada məşhur Gondwana Safari Parkının qurucusu və direktoru FC Conradie faciəvi şəkildə dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Safari parkında turist qrupunu müşayiət edən Conradie fil sürüsünün təhdid yaratdığını görərək onları uzaqlaşdırmaq istəyib. Lakin bu zaman təxminən altı ton ağırlığında olan Afrika fili ona hücum edib. Heyvan milyonerin üzərinə çıxaraq ölümcül xəsarətlər yetirib. Hadisə yerində olan əməkdaşlar iş adamını xilas edə bilməyib.

FC Conradie həmçinin idman sahəsində fəaliyyət göstərən “Caylix Group” şirkətinin də rəhbəri idi. O, təbiətə və heyvanlara olan sevgisi ilə tanınırdı. Xüsusilə fillərə böyük marağı vardı və onlarla yaxın təmasda olmaqdan çəkinmirdi. Pepperoni pizza

Mərhum ailəli idi. Onun 33 yaşlı həyat yoldaşı və üç azyaşlı övladı qaldı. Safari parkın nümayəndəsi Conradiyenin ölümündən sarsıldıqlarını bildirib: “FC fillərə qarşı sonsuz sevgi bəsləyirdi və onlara güvənirdi. Onun itkisi parkımız üçün böyük bir boşluqdur.”

Gondwana Safari Parkı Cənubi Afrikanın ən prestijli təbiət turizmi mərkəzlərindən sayılır. Burada bir gecəlik qalmaq üçün qiymətlər 900 funt sterlinə qədər yüksəlir. Park dünyanın müxtəlif yerlərindən gələn məşhur şəxslər tərəfindən də tez-tez ziyarət olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!