Məşhur müğənni 60 min dollara klip çəkdirdi

Məşhur müğənni 60 min dollara klip çəkdirdi

Şou Veb saytların hazırlanması

10 Avqust 2020 16:43 1131


Türkiyəli müğənni Nihat Doğan “Çoxu getdi, azı qaldı” adlı yeni mahnısına yeddi ildən sonra klip çəkdirib.

Yenisabah.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı “Çukur” serialının çəkildiyi ərazilərdə lentə aldırdığı klip üçün təxminən 440 min TL (60 min dollar) xərcləyib. 

Böyük bir layihəyə imza atdığını söyləyən Nihat Doğan həmin pula ev, torpaq alaraq dəyərləndirmək istəmədiyini bildirib:

"Yeddi ildən sonra darıxdığım musiqi ilə yenidən görüşdüm. Çox yaxşı bir mahnı ilə pərəstişkarlarımı və musiqi həvəskarlarını qarşıladığım üçün xoşbəxtəm. Biraz bahalı kliplə geri dönmək  istədim. Vaxtilə ev, torpaq sahəsi aldım və aldadıldım. Bir dəfə ağzım yandı, ona görə də bundan sonra ancaq musiqiyə sərmayə yatıracağam”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!