Bir dövrün məşhur müğənni və aktrisası Petek Dinçöz sosial şəbəkə hesabında üzücü xəbəri izləyiciləri ilə bölüşüb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikinci dəfə ana olmağa hazırlaşan Dinçöz "Analıq həyəcanım yarı yolda qaldı" deyərək körpəsini itirdiyini açıqlayıb.
İkinci dəfə ana olmaq üçün günləri sayan P.Dinçöz xəstəliyinə görə uşağı itirdiyini bildirib: Pepperoni pizza
“Təəssüf ki, ikinci dəfə keçirdiyim analıq həyəcanı anadangəlmə boyun sümüyü narahatlığı və tiroid xəstəliyi səbəbindən yarımçıq qaldı. Yeganə arzumuz ailəmizin böyüməsi və İrfan Aslana bacı-qardaş gəlməsi idi. Rəbbim, mənə və ana olmaq istəyənlərin hamısına bu hissi sağlam yaşamağı nəsib etsin”.
Qeyd edək ki, 2014-cü ildə iş adamı Serkan Kodaloğlu ilə ailə quran 40 yaşlı sənətçinin İrfan Aslan adlı bir oğlu var.
Telegram kanalımız