Məşhur müğənninin kitabı 110 min dollara satıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Məşhur müğənninin kitabı 110 min dollara satıldı - Fotolar

Dünya

08 Oktyabr 2019 17:28 1220


Rihanna musiqi, film və dəbdən sonra kitab dünyasına giriş edib.

Axşam.az xəbər verir ki, 31 yaşlı barbadoslu müğənni “The Rihanna book” adıı verdiyi kitabını ABŞ-da satışa çıxarıb.

504 səhifəlik kitabda sənətçinin həyatını əks etdirən min foto yer alıb. Avtobioqrafik kitab dünyada satışa 10 oktyabrda çıxacaq. Satış qiyməti isə 175 dollardır. Sezar pizza

Kitab həmçinin, “Rihanna: Fenty x Phaeton”, Rihanna tərəfindən imzalanan “Rihanna: Luxury Supreme” və “Rihanna: Ultra Luxury Supreme” adlı üç məhdud saylı versiyası ilə satışa çıxır.

Qeyd edək ki, kitabın sadəcə 10 ədəd istehsal edilən “Rihanna: Ultra Luxury Supreme” versiyasını müğənni Kardi Bi 110 min dollara satın alıb. /axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!