YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Məşhur oyunun görüntüləri hakerlər tərəfindən internetə sızdırıldı

Məşhur oyunun görüntüləri hakerlər tərəfindən internetə sızdırıldı

Digər

29 Sentyabr 2022 22:50 741


Məşhur kompyuter oyunun yeni görüntüləri hakerlər tərəfindən internetə sızdırıldı.

Yenisabah.az xəbər verir ki, "Rockstar Games" tərəfindən hazırlanan və şirkətin iddiasına görə, son 30 ilin ən möhtəşəm oyunu olmağa namizəd "Grand Theft Auto VI" oyununun bəzi görüntüləri hakerlər tərəfindən internet bloqlarında sızdırılıb.

Belə ki, görüntülərdə oyunun hazırlanma prosesi ilə yanaşı, oynanış mexanizması, habelə oyunçunun idarə etdiyi personajın obrazı istifadəçilər tərəfindən geniş səs-küylə qarşılanıb.

 "Twitter", o cümlədən digər sosial şəbəkələrdə paylaşılan görüntülərdən sonra bu barədə açıqlama verən "Rockstar Games" məsələnin hüquqi müstəvidə həll olunacağını qeyd etsə də, yayılan görüntülərin "fake" olduğunu istisna etməyib.

Qeyd edək ki, Vice City şəhərində cərəyan edən hadisələrdə oyunçu personajın köməyi ilə bank soya, maşın sürə, eləcə də real həyatda edilə bilən hadisələrin çoxunu "GTA"nın virtual dünyasında həyata keçirə biləcək.

Xatırladaq ki, "Rockstar Games" oyunun təqdimat tarixini açıqlamasa da, internetə sızdırılan görüntülərdən iş prosesinin yekunlaşdığı və oyunun ən tez gələn ilin sonuna yaxın "gamer"lərin istifadəsinə veriləcəyi öz əksini tapıb.

Açıq dünya janrında olan "GTA"nın sonuncu oyunu 2013-cü ildə "GTA V" adı ilə təqdim edilib.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!