Məşhur qapıçı prezident olmaq üçün hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur qapıçı prezident olmaq üçün hərəkətə keçdi

İdman

23 Yanvar 2020 12:41 1986


Dünya futbolunun məşhur simalarından olan qapıçı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının prezidentli ola bilər.

“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliyanın “Portu” klubunun qolkiperi bunun üçün planlar qurmağa başlayıb.

Onun prezidentliyə namizəd olacağı deyilir. Bildirilir ki, İspaniya Futbolçuları Assosiasiyası da millinin sabiq qapıçısının namizəd olmasını dəstəkləyir.  Sezar pizza

Qeyd edək ki, 38 yaşlı qolkiper ötən ilin may ayında məşq prosesində infarkt keçirib. Bərpa prosesi keçən təcrübəli əlcək sahibi hələ də meydana çıxa bilməyib. Bu səbəbdən onun yaxın zamanlarda karyerasını bitirəcəyi deyilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!