Məşhur rejissor və ailəsi koronavirusun qurbanı oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Məşhur rejissor və ailəsi koronavirusun qurbanı oldu - Foto

Şou

19 Fevral 2020 15:05 847


Çinin məşhur rejissoru Çanq Kay ailəsi ilə birlikdə koronavirusdan ölüb. Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, ölümündən əvvəl Çanq gündəliyinə xəstəlik barədə yazıb və heç bir xəstəxananın onları qəbul etmədiyini qeyd edib: "Atamda qızdırma, öskürək var idi, nəfəs almaqda çətinlik çəkirdi. Xəstəxanaya yollamaq istədik, ancaq heç bir tibb müəssisəsi onu qəbul etmədi. Dedilər xəstəxanada yer yoxdur". Rejissorun atasıından snra anası, daha sonra isə bacısı virusa yoluxaraq dünyasını dəyişib. Onlardan 20 gün sonra isə rejissor özü də xəstəlikdən ölüb. Ailədə yeganə sağ qalan insan Çanqın həyat yoldaşıdır. O, xəstəxanaların birində reanimasiyadadır. https://cdn.yenisabah.az/files/koro1.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!