Məşhur repçi oteldə ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur repçi oteldə ölü tapıldı

Şou

25 Aprel 2021 00:04 1098


Hip hop ulduzları DMX və Black Robindən sonra Şok Cinin də ölüm xəbəri gəlib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, “Tupac”ı rep dünyasına bəxş edən insan kimi tanınan Şok Cinin vəfatı musiqi aləmini sözün əsl mənasında sarsıdıb. Məşhur repçi otel otağında ölü tapılıb. Şokun ölüm səbəb isə hələ ki, açıqlanmır.

Onun dünyasını dəyişməsi ilə  bağlı “Underground” rəqəmsal platformasının yaradıcısı Çopmaster Cey İnstaqram hesabında məlumat verib və onunla şəklini paylaşıb: Dominos pizza

“34 il əvvəl səninlə bir hip hop qrupu yaradaraq bütün dünyanı özümüzə heyran edəcəyimizə söz vermişdik. Hüzur içində yat Şok Ci” -deyə, paylaşımda qeyd edilib.

/Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!