Məşhur reper koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

Məşhur reper koronavirusdan öldü

Şou

08 May 2020 12:51 1011


İngiltərədə "Ty" adı ilə tanınan məşhur reper Ben Chijioke koronavirus səbəbilə həyatını itirib.

Yenisabah.az xəbər verir ki, 47 yaşlı reperin ölüm xəbərini onun meneceri təsdiqləyib. 

Bildirək ki, Chijioke aprel ayının əvvəllərində xəstəxanaya yerləşdirilib. Həkimlər vəziyyətinin yaxşılaşdığını bildirsə də, mətbuatda onun reanimasiyada olduğu barədə xəbərlər çıxırdı.  pizza sifarişi

Qeyd edək ki, Chijioke 1972-ci ildə nigeriyalı mühacir ailəsinin övladı olaraq Londonda dünyaya gəlib. "The Awkward" adlı ilk albomu 2001-ci ildə çıxıb. Son solo albomu "A Work of Heart" isə 2018-ci ildə işıq üzü görüb.

Sayad Həsənli

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!