Məşhur reper sevgilisini hoteldə vəhşicəsinə döydü -   ANBAAN VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Məşhur reper sevgilisini hoteldə vəhşicəsinə döydü - ANBAAN VİDEO

Şou

19 May 2024 13:18 986


Məşhur amerikalı reper Pi Diddinin (Paff Diddi, əsl adı Şon Kombs) Los-Ancelesdəki hotelin dəhlizində keçmiş sevgilisi Kessi Venturanı vəhşicəsində döydüyü görüntülər yayılıb.

Yenisabah.az xəbər verir ki, CNN tərəfindən yayımlanan görüntülərdə Diddinin Kessini yerə yıxaraq təpiklədiyi və paltarından tutaraq dəhlizdə sürüdüyü kadrlar yer alıb. Məlumdur ki, hadisə 2016-cı ildə baş verib. Bundan sonra qadın reperə qarşı zorakılıq iddiası ilə şikayət ərizəsi verib, lakin məhkəmə prosesi baş tutmayıb.

İddia edilib ki, reper videonun heç yerdə ortaya çıxmaması üçün 50 min dollar ödəyib. Dominos pizza

Qeyd edək ki, 2024-cü ilin mart ayında reperin evində zorakılıq və insan alveri ittihamları üzrə axtarış aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun silahını və telefonlarını müsadirə ediblər.//Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!