Məşhur səfirin oğlu dələduzluğun qurbanı olub

saytların hazırlanması

Evə çatdırılma

Məşhur səfirin oğlu dələduzluğun qurbanı olub

Kriminal

25 Aprel 2020 12:30 1862


Azərbaycanin Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu gənc drijor Murtuza Bülbül dələduzluğun qurbanı olub. 

“Yeni Sabah”ın məlumatına görə, Hüseynov Adilağa Minəxan oğlu 2 nəfərə - Bülbül Murtuza Polad oğlu və Abbasov Hümbət Zülfüqar oğlula qarşı dələduzluq etməkdə təqsirli bilinir. A.Hüseynovun məhkəmə prosesi Bakı Apellyasiya məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, təqsirləndirilən Adilağa Hüseynov barəsində başlanılan cinayət işinə ilk olaraq Nərimanov Rayon Məhkəməsində baxılıb. Belə ki, A.Hüseynov bundan öncə də Xətai Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə şərti cəza alıb.  pizza sifarişi

Xatırladaq ki, Adilağa Hüseynov “Sahil-D” MTK-nın icraçı direktoru vəzifəsində çalışıb. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!